Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Valeo

FTE Valeo – Das Original / Bakı, Azərbaycanda rəsmi distribütor

Valeo hekayəsi 1923-cü ildə Fransa, Parisdən kənarda, Saint-Ouen’deki bir atelyedə başladı. 90 ildən sonra, indi 33 ölkədə fəaliyyət göstərən və dünya miqyasında avtomobil istehsalçıları ilə tərəfdaş olan dünyanın lider tədarükçüləri sırasındaki Valeo şirkətinin tarixi Ferodo əyləc astarları üçün Fransa nümayəndəsi Eugène Buissonun, Saint-Ouen-də lisenziyaya əsasən öz sürtünmə materiallarını istehsal etmək üçün qurduğu atelye ilə bağlıdır.

1932-ci ildə şirkət fəaliyyətini mufta istehsalına qədər genişləndirdi və məhsullarını SAFF Paris birjasında satışa çıxardı. İkinci Dünya Müharibəsi ərəfəsində şirkət muftalarla əlaqəli demək olar ki, bütün patentlərə sahib idi.

Müharibə zamanı, 1944-cü ildə Falaise Döyüşündə, Normandiya fabrikləri qismən məhv edildi və Parisin Qurtuluşu dövründə Saint-Ouen emalatxanaları (əyləc astarları və muftalar) ciddi şəkildə ziyan gördü. 1950-ci illərdə şirkət Paris bölgəsi xaricində modernləşdi və genişləndi, xüsusən Normandiyada (sürtünmə materialları) və Amiensdə (muftalar) yeni fabriklər tikdi.

1962-ci ildə şirkət, artıq Nogent-le-Rotrou şəhərindəki (Fransa) fabrikində kondisioner sahəsində də ixtisaslaşdı və bununla da yeni bir iş xətti əldə etdi. 1960-cı illər ərzində şirkət Avropada genişləndi, əsasən Fransız və İtalyan müştəriləri ilə sıx əməkdaşlıq etdi. İspaniya və İtaliyada yeni zavod və fabriklər quruldu.

Nəhayət 1980-ci ildə  yeni bir ad və birləşmiş marka olan  Valeo brendinin əsası qoyuldu. Brendlərini və insan resurslarını birləşdirmək üçün şirkət, 28 May 1980-ci il tarixli İllik Səhmdarların Yığıncağında Valeo (Latınca “Mən yaxşıyam”) adı altında birləşdiyini elan etdi. Ardıcıl olaraq eyni ildə ABŞ və Meksikadakı zavodlarla istehsalını artıran qrupun hazırda İspaniya, İtaliya, Almaniya, Braziliya, Türkiyə və Yaponiya kimi dünyanın bir çox ölkələrində istehsal bazaları var.

2005-ci ildə Valeo, Johnson Controls-un mühərrik elektronikası şöbəsini satın aldı və bu yenilik şirkətin daha təmiz, daha səmərəli və daha qənaətli nəqliyyat vasitələri üçün güc aqreqatı səmərəliliyi əməliyyatlarını gücləndirməsinə imkan verdi. 2014-cü ildən bəri qrup, tam bir texnoloji innovasiyalar şirkəti olaraq yeni kimliyini tanıtdı və CAC40 mavi çip indeksinə qatıldı. Yeni statusunun tanınması üçün Thomson Reuters’in Top Global Innovator 2015 siyahısına daxil edildi. Hazırda Valeo, elektrik sistemlərində dünyadakı bütün nəqliyyat vasitələrinin üçdə birini təmin edən bir dünya lideridir.

100-ə yaxın yaşı olan yüksək texnologiya, keyfiyyət və etibarlılıq nümunəsi Valeo şirkətlər qrupunun Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir