Rolf
ROLF brendi iki vacib xüsusiyyətə malikdir: yüksək keyfiyyət və işləklik. ROLF Lubricants texnologiyaları və bunları yaradan mütəxəssislər uzun illərdir ki, müasir sürtkü yağları istehsal edirlər. Əsasən yanacaq və enerji satışından qazanan neft transmilli şirkətlərindən fərqli olaraq Rolf üçün əsas vəzifə həmişə yağ istehsalı, keyfiyyət və yenilik olmuşdur.
“Güzəştsiz keyfiyyət” prinsipi şirkətin mərkəzləşdirilmiş yağ portfelini təmin etmək fəlsəfəsini əks etdirir. İstisnasız olaraq, ROLF Lubricants məhsulları dünyanın aparıcı avtomobil istehsalçılarının tələblərinə cavab verir və həm ən yaxşı qoruma, həm də ən təsirli mühərrik performansı üçün vazkeçilməzlərdəndir. Bunun sayəsində Rolf mühərrik yağlarından istifadə edilən avtomobillər, istənilən iş şəraitində maksimum nailiyyətlərə hazırdır.
Şirkətin siyasəti hər zaman hər seqmentdəki marka və modellərüçün ticari cəlbediciliyini qorumaqdır. ROLF yağlarının rəqabətli qiyməti və effektiv marketinq həlləri istənilən səviyyədə işi inkişaf etdirmək və genişləndirmək üçün əla bir fürsətdir.
Rolf brendinin Azərbaycandakı rəsmi distribyutoru hər zaman ölkə istehlakçılarına orijinal, keyfiyyətli və etibarlı avtomobil ehtiyat hissələri təqdim etməkdən qürur duyan Active Group şirkətidir.