Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

TYC

TYC / Bakı, Azərbaycanda rəsmi distribütor

Mərkəzi Hollandiyada yerləşən TYC Europe, TYC Brother Industrial Co. Ltd-nin Avropa paylayıcı qoludur. TYC ən müasir texniki avadanlıqlara sahib 15.000 kvadratmetrlik paylama mərkəzi ilə əmtəələrin müştərilərə vaxtında çatdırılmasını təmin edərək müştəri xidmətlərini daha da yüksək səviyyəyə qaldırdı .

Gördülən hər işdə dünya səviyyəli birinci dərəcəli şirkət olmağı özünə hədəf seçən şirkət dürüstlük, etibarlılıq, komanda işi, innovasiyaların tətbiqi, sürətli inkişaf meyarları ilə bu yolda sürətlə irəliləyir.

QS9000 və ISO9001 sertifikatlı bir istehsalçı olaraq TYC, Şimali Amerika, Avropa, Asiya, Afrika və Orta Şərqdəki müxtəlif OE istehsalçıları üçün orijinal avadanlıq lampalarının dizaynı və istehsalı ilə yanaşı, sənayedə ən geniş aftermarket lampa xəttinə də sahibdir.

TYC tarixən yalnız yüksək keyfiyyətli məhsullar istehsal edən bir şirkət olmuşdur. Bu məqsədlə keyfiyyət proseslərinə və istehsal prosedurlarına davamlı olaraq yenidən investisiyalar yatıran TYC  dünyanın ən qabaqcıl işıq istehsalçıları ilə bir çox müştərək müəssisə, kooperativ müqavilə və istehsal müqavilələri imzalamış və bunları reallaşdırmışdır.

Toyota, Honda və Ford kimi bir sıra markaların oijinal ehtiyat hissə tədarükçüsü olan TYC brendi fara istehsalının kritik komponent sahələrində texnologiya liderləri ilə birgə proektlərdə iştirak etmişdir. Bu gün TYC qrupu, avtomobil ehtiyat hissələri, elektronika və tikinti sahələrini əhatə edən səkkiz ayrı şirkətdən ibarətdir. Böyük bir şirkətlər qrupu olan TYC brendinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.