Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

DR!VE+

DR!VE+ / Bakı, Azərbaycanda rəsmi distribütor

NEXUS daim yenilikçi, qlobal xidmətlər təqdim edərək dünya avtomobil və yük maşınları ehtiyat hissələri bazarındaki ən böyük pay sahibidir. Sahibkarlığa, cəmiyyətə və yeniliyə əsaslanan cəsarətli yanaşması ilə avtomobil ehtiyat hissələri satış bazarının lideri olan NEXUS Automotive International ABŞ-dan Latın Amerikaya, Avropadan Orta Şərqə, Afrikadan Asiya və Pasifikə qədər dünyanın bu sahədəki ən böyük quruluşudur.

Daim böyüyən NEXUS Automotive International 84 orijinal ehtiyat hissəsi (OE) istehsalçısından və 182 distribyutordan ibarət bir quruluşa malikdir. Dünyanın hər nöqtəsində üzvləri və istehsalçı brendləri olan NEXUS Automotive International hər zaman bu böyük ailənin hər bir üzvünə də böyük dəstək təmin edir.

Misiya etibarı ilə NEXUS Automotive International, üzvlərinə cəsarət və ən əsası dəstək verərək böyümə sürətləndiricisidir. NEXUS özünəməxsus iş modeli ilə üzvlərinin və təchizatçılarının müvəffəqiyyətini təmin etmək üçün hər zaman yeni yanaşmalar və yeni fikirlər təklif edir.

Bosch, Brembo, ZF, Mahle, KYB, Valeo, NGK-NTK, Total, Schaeffler, Delphi, Denso, Elring, KSTools, Dayco, Nissens, LPR, FAE, Japko, SKF və s. kimi bir sıra lider brendlərin üzvü olduğu NEXUS Automotive International ailəsi daim fəaliyyətində məsafə qət edərək ailə üzvlərinin sayını artırmağa və bunu edərkən də keyfiyyət və gücü diqqət mərkəzində saxlamağa davam edir.

Ümumilikdə 138 ölkədə 1714 filial, 84 istehsalçı brend və 182 üzv ilə dünya avtomobil ehtiyat hissələri bazarındakı ən böyük və prestijli qrupun 2014-cü ildən etibarən rəsmi üzvü olan Active Group şirkəti daim inkişaf etməkdə olan və sürətlə böyüyən Azərbaycan bazarının əsas oyunçusudur.

DRIVE + yüksək keyfiyyətli avtomobil ehtiyat hissələri və mühərrik yağları brendidir. Mükəmməl keyfiyyəti ideal qiymətə təklif edən Drive+, Nexus International-ın xüsusi brendidir(Private Label). Nexus International keyfiyyətli istehsalçı OEM-lərlə əyləc bəndləri, əyləc diskləri, hava, yağ, sərnişin bölməsi və yanacaq filtrləri kimi tez-tez istifadə olunan hissələri təklif etmək üçün müqavilələr bağladı. Bunun nəticəsində münasib qiymət və buna paralel ideal keyfiyyətdən uzaqlaşmayan yanaşma əsasında formalaşan DR!VE+ brendi məhsulları bazara çıxarıldı. Nexus International-ın Azərbaycandakı rəsmi distribyutoru olan Active Group əyləc bəndi, əyləc diskləri,antifrizlər və mühərrik yağları istehsalçısı DR!VE+ brendinin də rəsmi distribyutorudur