Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

JS Asakashi

JS Asakashi / Bakı, Azərbaycanda rəsmi distribütor

JS Asakashinin tarixi 1994-cü ildə bir mühəndis şirkəti olaraq başlayır.İlk illərdə kiçik bir araşdırma qrupu, qabaqcıl istehsal markaları üçün yenilikçi dizaynları olan bir sıra filtrasiya məhsullarını inkişaf etdirirdi.

Öz şəxsi istehsalının ilk filtrasiya məhsulu 2006-cı ildə ortaya çıxdı. Bunlar, kabin və hava filtrləri idi. 2007-ci ildən artıq yanacaq injektoru istehsalına da başlayan şirkətin bütün əmtəələri yalnız Yapon və Koreya avtomobillərinə uyğun idi. Yanacaq və yağ filter istehsalına isə nəhayət 2009-2013cü illərdə mütamədi yenilik və innovativ tətbiqlərlə start verən JS Asakashi filtr xidmətinin işlərini daha asan, ucuz və ətraf mühitə uyğun etdi. Nəhayət 2014-cü ildən Avropa və 2016-cı ildən etibarən isə Amerika istehsalı avtomobillərə də xitab edən JS Asakashi şirkətində bütün istehsal prosesinə Asaka-Shi Research Lab, Inc. tərəfindən nəzarət edilir.

JS Asakashi, filtr bazaları istehsal etmək üçün güclü, lakin çevik, yüksək temperatur və suya davamlı materiallardan istifadə edir.

Filtrlər istehsalında eyni zamanda düzgün hava və yağ filtrasiyası üçün sıxlığı birləşdirən yüksək keyfiyyətli filtr mühitindən istifadə edilir.

Habelə inkişaf etdirilən plitə yayından və plitə mühitinin M-qatından istifadə texnologiyası ilə kompakt ölçülü filtrlər üçün genişləndirilmiş bir filtrasiya sahəsi yaratmağa nail olan JS Asakashi brendi istehsal etdiyi hər bir əmtəəyə zəmanət verir.

Yol hərəkətinin sıx olduğu yolda hava, səkidəki havadan 5 qat daha çirklidir: yüksək dərəcədə işlənmiş qazlar, çirkləndiricilər və allergenlər avtomobil sahiblərinin və sərnişinlərin sağlamlığı üçün olduqca zərərlidir. Çirklənmənin sağlamlığınıza zərərli təsirlərini minimuma endirmək üçün əlindən gələni edən JS Asakashi təkmilləşdirdiyi JS O2CLEAN hava təmizləyici sistemi ilə sizin və ailənizin hərəkət zamanı təmiz hava ilə nəfəs almağınızı təmin edir.

Artıq bütün avtomobil marka və modellərinin satış sonrası xidməti üçün hər növ filter istehsal edən şirkət ümumilikdə Yaponiya istehsalı olan avtomobillərin ehtiyyat hissələri bazarında hər növ filter satışının %39-i və Avropa istehsalı olan avtomobillərin ehtiyyat hissələri bazarında isə hər növ filter satışının %32-inə sahib olan şirkət daim inkişaf edərək filter istehsalında olduqca önəmli bir bazar payına sahibdir. Əsl yapon keyfiyyətinin təmsilçisi JS Asakashi şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.