Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Texa

Texa / Bakı, Azərbaycanda rəsmi distribütor

TEXA, 1992-ci ildə hazırki CEO Bruno Vianello tərəfindən qurulmuşdur. Bu gün TEXA avtomobillər, velosipedlər, yük maşınları, qayıqlar və təsərrüfat maşınları üçün çox markalı diaqnostik alətlərin, işlənmiş qaz analizatorlarının, kondisionerin doldurulması stansiyalarının və telediaqnostik cihazların dizaynı, inkişafı və istehsalı sahəsində dünya liderləri sırasındadır.

TEXA, dünya miqyasında bir distribyutor şəbəkəsinə malikdir və 600-ü şirkətin bütün TEXA məhsullarının dizayn edildiyi, hazırlandığı və istehsal olunduğu Monastier di Treviso’dakı baş ofislərində fəaliyyət göstərən 730-dan çox işçiyə malikdir.

TEXA’nın ultra-modern istehsalat zavodu 10000 kvadratmetrdən çox sahəni əhatə edir və ərazisinin 30.000 kvadratmetrlik hissəsi daxili istehsal sahəsidir. Qabaqcıl iş mühiti ilə yanaşı, yerli ənənələrə uyğun olaraq qurulmuş sosial və istirahət sahələrini özündə birləşdirən iş sahəsi ilə də rəğbət görən şirkət keyfiyyətli məhsul portfeli üçün motivasiyaya mühim diqqət göstərir.

TEXA, avtomobil orijinal avadanlıq istehsalçılarına xas olan prestijli IATF 16949 sertifikatına sahibdir və eyni zamanda bütün avtomobil istehsalçıları tərəfindən qəbul edilən metod olan VDA 6.3 standartına uyğun iş prosesi ilə məhsulların istehsalı və satış sonrası dəstəyini də təmin edir.

TEXA şirkəti eyni zamanda nəqliyyat vasitələri istehsalçılarından əldə etdiyi və müştəriləri məlumatların qorunmasının təminatçısı olaraq ISO / IEC 7001 sertifikatına da sahibdir.Təbiiki bu sahədə ən geniş qorumanı təmin etmək üçün TEXA, Alman avtomobil istehsalçıları tərəfindən tətbiq olunan çox ciddi bir standart olan TISAX sertifikatının sahibidir.

Güvən, etibarlılıq, keyfiyyət və orijinallıq meyarlarına əsaslanan istehsal gücü ilə liderlər sırasında yer alan Texa şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.