Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Topran

Topran / Bakı, Azərbaycanda rəsmi distribütor

Şirkət, Lieselotte və Hans Pries tərəfindən 01.10.1954 tarixində quruldu. Başlanğıc kapitalı istifadə edilmiş bir VW Beetle, portativ bir çap maşını və yeni ideyalar üçün enerjidən ibarət idi. Ehtiyat hissələri sahəsində çalışmaq, uğurlara doğru daim inkişaf etmək üçün şirkət istehsalat sahəsini böyütməyə qərar verdi. Bu məqsədlə tikilən ilk anbar 1977-ci ildə Bremendən 25 km qərbdə yerləşən Ganderkesee-də inşa edilmişdir. Torsten Pries də valideynlərinin yaradıcı addımlarını izlədi. Kompüter təhsili başa vurduqdan sonra proqram və hardware əməliyyatlarının planlaşdırılması, inkişafı və genişləndirilməsində ümumi məsuliyyəti öz üzərinə götürdü. Beləliklə şirkətin davamlı genişlənməsi üçün zəmin yaratdı. Sonrakı illərdə anbar tutumunun davamlı genişləndirilməsi və bu tutuma yer ayırmaq üçün bitişik sahələrin alınması işləri görüldü.

1997-ci ildə artıq OPEL üçün bir sıra ehtiyat hissələri istehsal edən Topran OEM olaraq liderlər sırasına yüksəlişə keçirdi. 2000-ci ildə isə FORD üçün ehtiyat hissələrini də artıq istehsal edərək məhsul çeşidini daha da artıran şirkət məhsullarını ilk dəfə 2000-ci ilin sentyabrında Frankfurtdakı Automechanika’da təqdim etdi.

 

2002-ci ildə nəhayət Hans Pries, ehtiyat hissələri sektorunun lider ixracatçılarından biri halına gəldi. Topran 2004-cü ildə müştərilərə daha çox məhsul çeşidi təqdim etmək istədiyi üçün MERCEDES və BMW markalı avtomobillərə yeni ehtiyat hissələri istehsal proqramını təqdim edərkən artıq bazarın liderlərindən idi. VW, AUDI, SEAT, SKODA, OPEL, FORD, MERCEDES və BMW, PEUGEOT, CIROEN, RENAULT, DACIA, HYUNDAI, KIA, MAZDA, MITSUBISHI, NISSAN, TOYOTA, VOLVO, ALFA ROMEO, FIAT və LANCIA brendlərinin original ehtiyat hissə tədarükçüsü olan Topran keyfiyyət, etibarlılıq və daim inkişaf amillərini izləməsi ilə dünya liderlərindən biridir ki şirkətin Azərbaycandakı rəsmi distribyutoru da məhz Active Group şirkətidir