Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Mobiletron

Mobiletron / Bakı, Azərbaycanda rəsmi distribütor

MOBILETRON, enerji doldurma sistemlərində, yanma sistemlərində və mühərrik idarəetmə sensorlarında ixtisaslaşmış üstün keyfiyyət və etibarlılığı ilə seçilən lider istehsalçılar sırasındadır. Son on ildə, elektrikli nəqliyyat vasitələri üçün TPMS, kamera və aktiv balanslaşdırma BMS (Batareya İdarəetmə Sistemi) / PDU (Enerji paylama sistemi) daxil olmaqla təhlükəsizlik sistemi üçün müvafiq cihazları təkmilləşdirən MOBILETRON şirkəti 1982-ci ildən bəri məhsullarını dünyanın 100-dən çox ölkəsinə ixrac  edir.

Mobiletron, qurulduğu gündən bəri heç vaxt öyrənməkdən və yenilik etməkdən əl çəkməmiş, professional işçi heyətlə ümumi keyfiyyətə nəzarət sistemi qurmuşdur. IATF 16949, ISO 9001, ISO 14001 və OHSAS 18001 idarəetmə sistemləri tərəfindən akkreditə olunmuş və Milli Keyfiyyət Mükafatları qazanan MOBILETRON indi avtomobil elektronik idarəetmə sistemləri istehsalında liderlər sırasındadır və bütün dünyada məhsullarının etibarlılığı ilə adından söz etdirir.

Davamlı Tədqiqat və İnkişaf Proqramı ilə daim inkişaf etməkdə olan və hər an tələblərin dəyişdiyi avtomobil ehtiyat hissələri bazarına uyğun olaraq yüksək səviyyədə hazırlanmış OE keyfiyyətli məhsullar istehsal edən Mobiletron şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir. Hər zaman etibarlılıq, keyfiyyət və zəmanət prinsiplərini mənimsəyən tərəfdaşlar Azərbaycan avtomobil ehtiyat hissələri istehlakçılarının hər bir tələbinə cavab verməyi öz üzərinə götürür və bunda da olduqca uğurludur.