Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

HUECO

HUECO / Bakı, Azərbaycanda rəsmi distribütor

1980-ci ildə HUCO, avtomobil ehtiyat hissələri tədarükçüsü olaraq quruldu.1998-ci ilə qədər sürətli inkişaf yolu keçirən şirkət artıq Audi markasının ehtiyat hissəsi tədarükçüsü olaraq OEM olaraq ilk addımını atdı. 2000-ci illərdə Lemförder şirkəti ilə yolları kəsişən HUCO 2014-cü ildə HUECO olaraq rebrending etdi və 2005-ci ildən etibarən Hindistanda da zavodu ilə fəaliyyətə başladı. 2008-ci ildə DIN ISO TS 16949 sertifikatı alan şirkət iri yük avtomobilləri və avtobuslar üçün də ehtiyat hissələri istehsalına başladı. 2011-ci ildə mərkəzi ofisini Almaniyaya köçürdən şirkətin səhmləri 2012-ci ildə HITACHI şirkəti tərəfindən alındı və 2017-ci ildə şirkətin adı Hitachi Automotive Systems Espelkamp GmbH olaraq dəyişdirildi. Hazırda artıq DIN EN ISO 9001 sertifikatına da sahib olan şirkət avtomobil ehtiyat hissələri bazarının liderləri sırasındadır.

40 ildən artıq təcrübəsi ilə davamlı olaraq inkişaf edən məhsul çeşidinə arxalanaraq, beynəlxalq avtomobil ehtiyat hissələri satışında etibarlı tərəfdaş olan HUECO Avropa və Yapon avtomobilləri üçün ehtiyat hissələrini yüksək keyfiyyətlə istehsal edir.

Avtomobil elektronikası istehsalçısı olaraq sistematik keyfiyyət idarəçiliyinə, müştəri tələblərinə riayət olunmasına sadiq qalaraq fəaliyyət göstərən şirkətin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.