Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

KS Tools

KS Tools / Bakı, Azərbaycanda rəsmi distribütor

KS TOOLS Werkzeuge – Maschinen GmbH, qurulduğu 1992-ci ildən aparıcı beynəlxalq şirkətlər üçün texniki alətlər istehsal edir. Direktorlar Peter Kühne və Orhan Altının səyləri nəticəsində dünyanın bir çox fərqli nöqtəsində 9 filialda 350-dən çox işçisi iləistehsal fəaliyyətini yüksək keyfiyyətlə həyata keçirən şirkət bütün diqqətini uğur və böyüməyə yönəldir.

KS TOOLS markası hər zaman yüksək keyfiyyət, cəlbedici qiymət-performans nisbəti və həll yönümlüyü ilə seçilir. Şirkətin əsas motivasiyası həm standart, həm də xüsusi alət sahələrində istifadəçilər üçün smart və uzun ömürlü məhsullaristehsal etməkdir. Müasir istehsal prosesləri, daxili keyfiyyət sığortası və mütəxəssislərdən ibarət komandası ilə bazara istiqamət vermə gücünə sahib olan KS Tools şirkətiDIN ISO 9001 uyğunluq sertifikatı əsasında istehsal prosseslərini davam etdirir. Dünyanın 135-dən çox ölkəsində müştəriləri olan beynəlxalq miqyaslı operativ alət istehsalçılarından birinə çevrilən şirkətin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.

Heyət üzvləri ilə Heusenstamm qərargahında 50 milləti təmsil edən KS Tools, hər zaman müştərilərə üstün xidmət təmin edir. Maneələri yıxmaq və ünsiyyəti inkişaf etdirmək şirkətin prioritetləri arasındadır. Müştəri məmnuniyyəti hər şeydən üstündür. Bu hədəfi mütəxəssis tövsiyələri, geniş xidmətlər və məhsul çeşidliliyi ilə təmin edən KS Tools etibarlılıq və keyfiyyət meyarları ilə daim istehlakçıların rəğbətini qazanır