Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

NRF

NRF / Bakı, Azərbaycanda rəsmi distribütor

1927-ci ildə R.Bloksma Amsterdamda Nederlandse Radiateuren Fabriek şirkətini (Hollandiya Radiator Fabriki, NRF) qurdu. Əvvəlcə fabrik yalnız radiatorların təmirinə yönəldilmişdi, lakin 1930-cu illərdə NRF öz istehsal şöbəsini də açdı. 1954-cü ildə NRF, ixrac üçün nəzərdə tutulan radiatorların istehsalı üçün ikinci bir istehsal sahəsi açdı. Bununla yanaşı, Holland Dəmir Yolları (NS) bir qatar üçün ilk yüksək tutumlu radiatorun (Mavi Mələk) da sifarişini verdi. Elə həmin il NRF, hələ də nəqliyyat sektorunda geniş istifadə olunan ilk soyuducu radiatoru təqdim etdi. 1962-ci ildə Mill NRF-in qərargahı oldu. Eyni il DAF şirkəti DAF 55 üçün 18.000 radiator istehsalı üçün sifariş verdi. Həmin dövrdə NRF eyni zamanda Volvo 300 və 400 seriyalı radiatorlar üçün OEM istehsalçısı idi.

1980-ci ilin əvvəlində NRF xaricdəki ilk yerini Valenciennesdə (Fransa) açdı. Növbəti illərdə NRF Avropada yeni mərkəzlərlə fəaliyyət dairəsini sürətlə genişləndirdi. 1989-cu ildə NRF, Amerika Modine İstehsalat Şirkətinin bir törəmə şirkətinə çevrildi. NRF, Modine’nin Avropadakı aftermarket məhsulları üçün baş ofisi oldu.

2010-cu ildə NRF, Banco Products (I) Ltd.-nin tam iştirakçısı oldu. Beləliklə idarəetmə sayəsində NRF qlobal mövqeyini yeni fabriklər və anbarlarla gücləndirmiş oldu.

Artıq 100 ilə yaxındır istehsalat gücünü daim artıran və lider istehsalçılar sırasında yer tutan NRF hazırda 82 ölkəyə qlobal bir ixracata malikdir. Cənubi Amerika və Afrikadakı avtomobil ehtiyat hissələri bazar paylarında lider şirkət oan NRF, 8.000-dən çox məhsul ilə davamlı genişlənən bir portfelə sahibdir. Son 4 ildə NRF aftermarket həcmini iki dəfə artırdı. Bu böyüməni asanlaşdırmaq üçün NRF anbar imkanlarını genişləndirir və tədarük zəncirinə investisiya yatırır.

19 strateji mövqedə olan anbar, 8.000-dən çox məhsul çeşidi, qlobal mühəndislik, sınaq və inkişaf imkanları və dünyanın 80-dən çox ölkəsinə ixrac gücü ilə lider istehsalçılar sırasında hər zaman yerini möhkəmlədən NRF şirkətinin Azərbaycandakı rəsmi distribyutoru keyfiyyət, orijinallıq və etibarlılıq hədəfi ilə daim müştərilərin rəğbət göstərdiyi Active Group şirkətidir