Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Sachs

Sachs / Bakı, Azərbaycanda rəsmi distribütor

ZF Group olaraq bilinən ZF Friedrichshafen AG, mərkəzi ofisi Almaniyanın cənub-qərb əyalətində, Fridrixşafendə yerləşən avtomobil ehtiyat hissələri istehsalçısıdır. Mühəndislik sahəsində ixtisaslaşan şirkət dizayn, tədqiqat və inkişaf etdirmə prinsipləri ilə avtomobil sənayesindəki istehsal fəaliyyətləri ilə liderlər sırasındadır. Minik avtomobilləri və ticari nəqliyyat vasitələri üçün şassi texnologiyasının dünya miqyaslı tədarükçülərindən olan ZF Group eyni zamanda dəmir yolu, dəniz, müdafiə və aviasiya sənayelərindəki bir sıra tətbiqetmələrin də iştirakçılarından biridir. Şirkət təxminən 148.000 işçisi sayısı ilə 41 ölkədə 241 istehsal yerinə sahibdir.

Şirkətin 2003-cü ildəki ümumi gəliri 8.9 milyard avro təşkil edirdi və bu göstərici ilə ZF Group Almaniyadakı avtomobil sənayesinin üçüncü ən böyük təchizatçısı oldu. 2004-cü ildə göstəricisini 9,9 milyard avroya çatdıraraq 26 ölkədəki 125 fabrikdəki işçi sayısını da 54,5 min nəfərə qədər artırdı. Ardıcıl inkişaf və buna uyğun gəlir səviyyəsini daim artıran ZF nəhayət bugün dünyanın avtomobil ehtiyat hissələri sənayesindəki ən böyük 15 təchizatçıdan biridir. ZF konserni, hər biri öz fəaliyyət sahəsindən məsul olan üç əsas törəmə şirkətlə təmsil olunur. ZF Friedrichshafen (Friedrichshafen), ZF Passau (Passau) və ZF Saarbruecken (Saarbruecken) həmin üç şirkətdir ki bunlar da birbirindən fərqli istiqamətlər üzrə istehsal prosseslərinə fokuslanmışdır. ZF Group Boge, Sachs, Steyr, Lemforder və s. bir çox tanınmış markaların istehsalçısıdır. Hansı ki, bu brendlər özü özlüyündə hər biri spesifikasına uyğun olaraq avtomobil ehtiyat hissələri sahəsində lider brendlər sırasındadır.

2005-ci ildə Tatarıstanda “ZF KAMA” GmbH ASC KamAZ ilə ortaq bir müəssisə açan ZF Group birmənalı olaraq Rusiyadakı ZF məhsulları üçün bütün xidmətlər çeşidinin təmin edilməsi, Rus ticarət avtomobillərinin istehsalçıları üçün seriya vahidlərinin tədarükü, diler şəbəkəsi vasitəsilə orijinal ZF ehtiyat hissələrinin tədarükü kimi prossesləri təşkil və analiz edir.

Hazırda Avropa, Asiya və Amerika avtomobil bazarlarının liderləri sırasında yer tutan ZF Group və onun brendləri öz keyfiyyət və etibarlılığı ilə sözün əsl mənasında istehlakçıların rahatlığını və güvənini təmin edir. Artıq uzun illərdir ZF Group-un Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.