Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Corteco

Corteco / Bakı, Azərbaycanda rəsmi distribütor

1887-ci ildə Carl Johann Freudenberg, yeni bir iş mədəniyyəti mənimsəyən bir şirkət qurdu. Eyni prinsiplər işçilər, tərəfdaşlar, müştərilər, yerli icmalar, qonşularımız və bir çox digər maraqlı tərəflərlə gündəlik münasibətlərimizdə hələ də Corteco brendinin korporativ mədəniyyətini formalaşdırdı.

Corteco, avtomobil satış sonrası (aftermarket) ehtiyat hissələri bazarının aparıcı tədarükçülərindən biridir. Qlobal Freudenberg Qrupunun üzvü olaraq, OEM keyfiyyətində 26 mindən çox məhsul çeşidliliyinə sahib istehsal gücü olan Corteco ehtiyat hissələri bazarında etibarlılıq və keyfiyyəti təmsil edir. Bu səbəbdən Freudenberg tərəfindən hazırlanmış orijinal keyfiyyət müasir dövrün tələblərinə ideal formada cavab verməyə davam edir.

Corteco 15-dən çox ölkədə istehsal fabriklərinə, zavodlara, paylama mərkəzlərinə, anbarlara sahibdir. Dünyanın 60 ölkəsindəki müştəriləri üçün hər zaman əlçatan olan və müştəriləri ilə qurduğu səmimi münasibətləri ilə hər zaman fərqlənən Corteco brendinin Azərbaycandakı rəsmi tərəfdaşı Active Group şirkətidir. İllərdir üstün keyfiyyətli Corteco məhsullarını Azərbaycan istehlakçılarına təqdim edən Active Group bu əməkdaşlıqdan daim qürur hissi duyur və hər zaman yeniliklərlə daim dəyişən bazar tələbləri ilə ayaqlaşır.