Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Brembo

Brembo / Bakı, Azərbaycanda rəsmi distribütor

11 Yanvar 1961-ci ildə Emilio Bombassei və Italo Breda, bugünkü Brembo’nun əsl atası Officine Meccaniche di Sombrenonu qurdular. Bu, Brembonun əyləc sistemi bazarında liderlərdən biri olmasına səbəb olan yarım əsrlik bir macəranın hələ başlanğıcı idi. Brembo, 1964-cü ildə avtomobillər üçün əyləc diskləri və 1972-ci ildə motosikletlər üçün əyləc sistemləri istehsal etməyə başladı, 1975-ci ildə isə Ferrari GP avtomobilləri üçün əyləc sistemlərini təmin edərək Formula 1-ə giriş etdi. Ötən illər ərzində Brembo texnoloji yeniliklər, keyfiyyətli materiallar və istehsal prosesləri üzərində apardığı daimi araşdırmaları ilə dünyanın ən prestijli markalarından birinə çevrildi.

1995-ci ildə Brembo Milan Fond Birjasında qeydiyyata aləndı ​​və böyümə strategiyasını təqdim etdi. Zaman keçdikcə şirkətin dünyanın bir çox yerində istehsal obyektlərinə, fabriklərə sahib olmasına, davamlı gəlir artımına və işçilərinin sayının durmadan artmasına səbəb olacaqdı.

2000-ci ildə Brembo, avtomobil əyləc disklərinin işlənməsi və mühərriklərin yığılması üçün Braziliyanın Alfa Real Minas şirkətini satın alaraq bazarın genişlənməsi strategiyası ilə yeni minilliyin açılışını etdi. Brembo, yarış avtomobilləri, motosiklləri və yüksək performanslı idman avtomobilləri üçün əyləc sistemləri istehsalında ixtisaslaşmış İngilis AP Racing Limited şirkətini də satın almasına baxmayaraq, motosikl seqmentindəki varlığını gücləndirmək üçün, yarış motosiklləri üçün maqnezium təkərlərin istehsalı üzrə ixtisaslaşmış bir şirkət olan Marchesini-nin 70 faizini də satın alaraq gücünə güc qatdı.

2008-ci ildən bəri, Brembo NYABS müəssisəsində % 70 paya sahibdir. Bu əməliyyat, Brembo Group-un Çində dayaqlarını möhkəmləndirərək, avtomobillər və ticarət vasitələri üçün əyləc bəndləri və əyləc diskləri üçün tökmə və emal zavodu ilə tamamlanmış inteqrasiya edilmiş istehsal mərkəzinin yaradılmasına öz töhfəsini verdi. Müəssisə indi Çin bazarına Brembo’nun performans, üslub və rahatlıq standartlarına cavab verən əyləc sistemləri təklif edə bilir.

Əyləc disklərinin istehsalını iki dəfə artırmaq məqsədi ilə, 2011-ci ilin oktyabrında açılışı olan Polşa sənaye mərkəzinin avtomobil və ticari nəqliyyat vasitələri bazarlarının genişləndirilməsi üçün 2010-cu ildə tikinti işləri aparıldı.

Brembo’nun Şərqi Avropadakı fəaliyyətləri 2010-cu ildə Çex Respublikasına yeni bir avtomobil əyləc sistemi zavodu üçün 35 milyon Avrodan çox sərmayə qoyaraq daha da möhkəmləndirildi.

Bu hərəkət, şirkəti ilk dəfə Land Rover, BMW, GM və Audi kimi müştərilərlə işləyən orta premium seqmentə gətirdi.

2010-cu ildən etibarən əyləc sistemlərində qazanılan böyük təcrübə və əsas avtomobil istehsalçıları ilə əməkdaşlıq Brembo-ya əyləc sistemləri üçün maksimum performans, etibarlılıq səviyyəsində tam bir komponent paketi təqdim etməyə imkan verdi.

Üstün keyfiyyət və etibarlılıq nümunəsi Brembo brendinin Azərbaycandakı rəsmi distribyutoru əlbəttə eyni dərəcədə etibarlılığı ilə bazarda güvən mənbəyi olan Active Group-dan başqası ola bilməzdi. İllərdir davam edən əməkdaşlıqla, hər zaman yalnız original və üstün keyfiyyətli Brembo məhsullarını Azərbaycan istehlakçısı ilə görüşdürən Active Group bu əməkdaşlıqdan qürur hissi duyur.