Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

FAE

FAE – Das Original / Bakı, Azərbaycanda rəsmi distribütor

1952-ci ildə qurulan FAE – Francisco Albero S.A.U. – avtomobil ehtiyat hissələri bazarı üçün elektrik və elektron məhsullar istehsal edir. Hazırda müştərilərinə 4500-dən çox referansla OEM hissələri təqdim edən şirkətin ilk ixracat fəaliyyəti 1963-cü ildə və ilk dəfə OE istehsalçısı olması isə 1971-ci ildə baş vermişdir.

1972-ci ildə yeni 3.500 kvadratmetrlik fabriki ilə sürətli və geniş istehsal gücünə sahib olan FAE şirkəti 1995-ci ildə artıq ISO 9001 sertifikatını da aldıqdan sonra tamamilə istehsalat,təhlükəsizlik və maliyyə sistemlərini də standart formaya saldı.1997-ci ildə istehsalat sahəsini genişləndirərək 7500 kvadratmetrə çatdıran FAE oksigen sensorlarını təkmilləşdirməsi ilə adından söz etdirməyə başladı. Nəhayət 2006-cı ildə şirkət ilk inqilabi bir addım sayılan zamanlama sensorları və titan tərkibli oksigen sensorlarını istehsal etdi. Keramika texnologiyası, ilk MAP sensoru, yeni ABS sensorları,  ESD otaqcığı, sirkon tərkibli oksigen sensorları kimi yeniliklər və bunlara paralel olaraq əldə edilən ISO 14001, ISO TS 16949 sertifikatları ilə yeni bir dövrə start verən FAE artıq liderlər sırasında yer alır. 2015-ci ildə yeni OEM şöbəsinin yaradılması şirkət imicinin daha da güclənməsinə gətirib çıxardı. Keyfiyyət və etibarlılıq əsasındaki istehsal gücü ilə hər zaman lider istehsalçılardan olan İspaniya brendi FAE 68 ildən artıq təcrübəsi ilə dövriyyəsinin 75% -ni ixrac edir və hazırda 97-dən çox ölkədə satış mərkəzləri fəaliyyət göstərir.

Oksigen Sensorları kateqoriyasında və “Quality and Automotive Aftermarket Awards” çərçivəsində 2018-ci ilin ən yaxşı və maraqlı markası adına layiq görülən FAE şirkətinin Azərbaycandakı rəsmi disrtibyutoru Active Group şirkətidir.