Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Ignitionpro

IgnitionPro / Bakı, Azərbaycanda rəsmi distribütor

Ignition pro brendi spesifikası baxımından alışdırma bobinlərinin istehsalı və inkişaf etdirilməsində ixtisaslaşmışdır. Avropa, Amerika, Yapon və Korea istehsalı olan avtomobillər üçün 400-dən çox məhsul çeşidi təklif edən brend, portfelinə hər ay davamlı olaraq yeni məhsullar əlavə edir.

İstehsal edilən malların 90% -i xarici ölkələrə ixrac olunur və 60% -i dünya şöhrətli şirkətlər üçün istehsal olunur. Əsas bazarlar Amerika, Avropa, Orta və Cənubi Amerika, Cənub-Şərqi Asiya və OES və IAM biznesi ilə digər bölgələri əhatə edir.

Keyfiyyətə nəzarət etmək üçün TS16949 keyfiyyət sistemini ciddi şəkildə tətbiq edən brend Cadic şirkətinin brendidir. Mütəxəssislərə və daim inkişafa xüsusi diqqət ayıran şirkətin istehsal avadanlıqları İtaliya, Almaniya və Yaponiya mənşəli texniki avadanlıqlardır. Performans testi və davamlılıq testləri ilə hər zaman daxili laborotoriyasında istehsal etdiyi məhsulları sınaqdan keçirən şirkət hər zaman müştərilərinə keyfiyyətli və etibarlı məhsullar təklif etməyə çalışır. Daimi axtarış: davamlı keyfiyyət yaxşılaşdırılması və cəsarətli yenilik şirkətin prioritetləridir.

Liderlər sırasında yer tutan bir marka yaratmaq və yüksək keyfiyyətli məhsullar, səmərəli iş, texniki dəstək, əla xidmət təklif etməklə yaxşı bu nüfuzu qorumaq və səmimi münasibətlər yaratmaq üçün müştəri məmnuniyyətini də daim diqqət mərkəzində saxlayan şirkətin devizi isə uğurlu iş üçün ideal iş ortağı olmaqdır. Bubaxımdan öz uğurlarına və hədəflərinə dəstək və şərik olmaq üçün Ignition pronun Azərbaycandakı rəsmi distribyutor kimi seçdiyi tərəfdaşı Active Group şirkətidir.