Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Dayco

Dayco / Bakı, Azərbaycanda rəsmi distribütor

Dayco, 1905-ci ildə Dayton Rubber Manufacturing Co. olaraq qurulmuşdur. İlk illər təbii kauçukdan bağça üçün slank və s. kimi məhsullar hazırlayan şirkət  1908-ci ildə John A. MacMillan-ı işə götürdü və havasız təkərlər istehsal etməyə başladı. Şirkət ilk şinlərini 1913-cü ildə də istehsal etdi. 1920-ci illərin əvvəllərindən başlayaraq şirkət məhsulların çeşidini artıraraq çoxşaxəli istehsal dövrünə qədəm qoydu. Dayco, nəticədə bir çox fərqli kauçuk hissələri və bəzi tekstil məhsulları hazırlayardı. İlk sintetik kauçuk təkərin hazırlanması da daxil olmaqla bəzi sintetik kauçuk məhsulların qabaqcıllarından biri oldu. İkinci Dünya Müharibəsi dövründə hərbi məhsulların qiymətli bir tədarükçüsü olaraq müharibədən daha az zərərlə çıxan şirkət bugünki rəsmi adını 1960-cı ildə DAYCO Korporasiyası olaraq aldı.

Kauçuk avtomobil ehtiyyat hissələri, əsasən də kəmər istehsalında lider olan Dayco daim innovasiyalar və texniki yeniliklərlə hər zaman rəqiblərindən bir addım irəlidə olmağı hədəfləyir və bunda olduqca uğurludur. Yağda işləyən kəmər sistemi ilə müasir dövrün ən böyük kəşflərindən sayılan bir addımla çıxış etməsi Dayco-nun hər zaman araşdırmalar apardığının və liderliyə layiq olmasının təcəssümüdür.

Dayco avtomobil, yük maşını və sənaye avtomobilləri üçün kauçuk tərkibli ehtiyat hissələri, kəmərlərin və satış sonrası xidmətlərin araşdırılması, dizaynı, istehsalı və paylanması sahəsində dünya lideridir.

Dayco, enerjinin səssiz və səmərəli şəkildə ötürülməsindəki təcrübəsi sayəsində hibrid elektrikli nəqliyyat vasitələri üçün də həmçinin qabaqcıl qlobal sistem həlləri təminatçısı oldu. Dayco’nun 100  illik təcrübəsi, dünyadakı bütün tələblərinə cavab verən ən təsirli sürücü sistemləri ilə təchiz etməyə imkan verir. Dayco’nun dünya səviyyəli qlobal paylama şəbəkəsi, hər yerli bazarın ehtiyacını ödəmək üçün tam dəst və məhsul təklifi ilə satış sonrası sənayeyə xidmət göstərir.

Dünya liderlərinin Azərbaycandakı rəsmi tərəfdaşı olan Active Group əlbəttə Dayco-nun də ölkəmizdəki rəsmi distribyutorudur. İllərdir davam edən tərəfdaşlığımızda istehlakçılara təklif edilən etibarlı, keyfiyyətli, yüksək performans və gücə malik olan məhsullar hər zaman münasibətlərimizi inkişafa aparmışdır. Ölkənin avtomobil ehtiyat hissəsi bazarına yalnız orijinal ehtiyat hissələri təqdim edən Active Group bu əməkdaşlıqdan olduqca məmnundur və bunu hər zaman təkmilləşdirmək və irəliyə aparmaqdan qürur duyur.