Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Bosch

Bosh / Bakı, Azərbaycanda rəsmi distribütor

“İnamı itirməkdənsə bütün var dövlətimi itirərəm.” Belə bir həyat fəlsəfəsindən yola çıxan Robert Bosch 1886-cı ildə Stuttgartda “Həssas Mexanika və Elektrik Mühəndisliyi Atölyesi” ni qurdu. Beləliklə Bosch şirkətinin təməli qoyulmuş oldu. Bu gün dünyada texnologiya və innovative addım dedikdə ağla ilk gələn şirkətin Bosch olması da təbii ki Robert Boschun qoyduğu təməllərin sağlamlığından xəbər verir. Elə quruluşunun ilk günündən etibarən yenilikçi güc və sosial bağlılıq ilə xarakterizə olunan Bosch, brend kimi formalaşmaqda və global bazarda öz adından söz etdirməkdə də gecikmədi. Hər şey 1906-cı ildə Bosch üçün bir milyon dollar dəyərində sifariş verən və bir il ərzində satışları iki dəfə artıran ABŞ alovlanma sistemlərinin reklamı ilə başladı. ABŞ-dakı iş o qədər uğurlu idi ki, artıq 1912-ci ildə Bosch Springfield şəhərində öz fabrikində istehsal prosesinə başladı.

Bosch, ABŞ-dan başqa dünyanın digər bazarlarına da çıxmağa başladı. Bosch təmsilçiləri 1906-cı ildən Cənubi Afrikada, 1907-ci ildə Avstraliyada, 1908-ci ildə Argentina, 1909-cu ildə Çində və 1911-ci ildə Yaponiyada satış ofisləri ilə bütün qitələri əhatə edirdi. 1913-cü ildə Almaniyanın xaricindəki ticarət, şirkətin satışlarının %88-i idi.

Lakin 1914-cü ildə ilk dünya müharibəsinin başlaması ilə bütün xarici bazarlar bir gecədə yox oldu. Araşdırma, texnoloji yeniliklər dayandırıldı və istehsal silahlanmaya keçdi. İşçi qüvvəsinin təxminən yarısı hərbi xidmətə çağrıldı və qadınlar işləri öz üzərinə götürməli oldular. Bu çağırışçılardan 453-ü isə müharibədən bir daha geri dönmədi.

Bundan sonra Bosch təsirlərin öhdəsindən gəlmək üçün yeniliklər etməli, strategiyasını dəyişdirməli və əslində texnoloji inkişafa liderlik etməli idi. Müharibə bitdikdən sonra, Bosch şirkəti çox böyük çətinliklərlə üzləşdi. Qlobal bazara qayıtmaq üçün artan rəqabət və patentlərin ləğvi artıq ciddi bir mane idi. Ancaq məğlubiyyəti qəbul etmək bir seçim deyildi. Köhnə təmaslar yeniləndi və yeni bazarlar açıldı.

Nəqliyyatdakı təhlükəsizlik, Bosch-da tədqiqatçılar və mühəndislər üçün motivasiya mənbəyi oldu. Rəqabətin Bosch keyfiyyətinə uyğun olduğu, eyni zamanda daha sürətli və daha ucuz istehsal gücü bir daha dünya bazarı üçün aydın oldu. Bunun səbəbi Bosch-un 1925-ci ildən etibarən addım-addım tətbiq etməyə başladığı montaj xətləri idi. Bir vaxtlar tam bir maqnit alovlanma sisteminin istehsalı 50 gün çəkdiyi halda, montaj xətti istehsalı bunu beş günə endirdi.

Təbii ki ikinci dünya müharibəsi də bütövlükdə dünya ticarətə və şirkətlərə ciddi təsir etdi ki, Bosch da bundan öz nəsibini aldı. Eynilə I Dünya müharibəsində olduğu kimi yenə böyük itkilərlə üzləşən Bosch nəhayət əzmlə 1960-1989-cu illər ərzində öz peşəkarlığını və innovativliyini bir neçə pillə daha artıraraq 1990-cı ildən bu günə qədər davam edən liderliyini təmin etdi.

Avtomobillər üçün sözün əsl mənasında hər şey istehsal edən Bosch-un əsas istiqamətləri Hava İdarəetmə Sensorları, starterlər, akkulmyator və aksesuarları, əyləc disk və əyləc bəndləri, mühərrik idarəetmə komponentləri, mühərrikə nəzarət sensorları, hava filtrləri, salon filterləri, yaö filterləri, benzin filterləri, dizel filterləri, injektorlar, yanacaq nasosları, yanacaq pompaları, alışdırma şamları, oksigen sensorları, relelər, təzyiq sensorları, bujilər, sükan sistemləri, əyləc mayeləri, temperature sensorları, qaz cihazları, şüşə silənlər və s.

“İnsanlığınızı heç vaxt unutmayın və başqaları ilə münasibətlərinizdə insan ləyaqətinə hörmətlə yanaşın” deyən Robert Boschun bu sözlərini daim öz təcrübəsində tətbiq  edən brendin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir. Bosch şirkəti ilə 10 ildən artıqdır davam edən ticarətimiz tamamilə qarşılıqlı inam, etibar və səmimiyyət təməlləri üzərində qurulmuşdur. Daim keyfiyyət, texnoloji inkişaf, yenilik, zamanın tələblərinə cavab vermək, etibarlılıq və məhsullara zəmanət prizmasından çıxış edərək Active Group şirkəti  olaraq Bosch brendinin məhsullarını Azərbaycan istehlakçısına təqdim etməkdən qürur duyuruq.