Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Onnuri

Onnuri / Bakı, Azərbaycanda rəsmi distribütor

2001-ci ildən fəaliyyətə başlayan şirkət məhsul çeşidliliyi ilə istehlakçıların daim maraq dairəsindədir. Istehsal etdiyi avtomobil ehtiyat hissələrinin bütün dünyaya satışını reallaşdıran Koreya brendi Onnuri üstün keyfiyyət və etibarlılığı ideal qiymətə təklif etməsi ilə də rəqiblərindən seçilir.

İstehlakçıların maraqlarına və dəyişən tələblərinə hər zaman ideal formada cavab verən Onnuri şirkəti hər zaman bazardakı istəkləri izləyir və ən qısa müddətdə bunları qarşılayıt. Filtrlər,əyləc sistemi avadanlıqları, su pompaları, pistonlar, piston halqaları, alışdırma sistemi tərkib hissələri, idarəetmə mərkəzi sistemi, asqı və asqı sistemi tərkib hissələri, kəmərlər, şüşə silən başlıqları və rezinləri, bamper tərkib hissələri, halojen işıq lampaları və hətta mühərrik yağları ilə avtomobil ehtiyat hissələri bazarındaki mümkün olabiləcək bütün tələblərə cavab verməyə çalışan Onnuri şirkətinin məhsul portfeli olduqca genişdir. Uzaq şərq avtomobil markaları ilə yanaşı artıq Avropa və Amerika istehsalı olan avtomobillər üçün də ehtiyat hissələri təklif etmə gücünə malik olan şirkətin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.