Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Airtex

Airtex / Bakı, Azərbaycanda rəsmi distribütor

1930-cu illərin əvvəllərində qurulan Airtex şirkəti çox qısa bir vaxt ərzində dünya su və yanacaq nasos istehsalçıları arasında lider mövqeyə çatabilmişdir. İspaniyanın Zaragoza şəhərində yerləşən Airtex Products S.A.U. olaraq bilinən Airtex European Division, dünyanın 60-dan çox ölkəsinə öz məhsullarını təqdim edir. Bu gün Airtex / ASC dünyanın ən böyük nasos istehsalçısıdır və ABŞ, Meksika, İspaniya və Çindəki fabrikləri ilə hər üç qitədə istehsal gücünə sahib olan nadir istehsalçılardan biridir. Hər il 10 milyon su nasosu və 2 milyon yanacaq nasosu istehsal edən Airtex şirkəti öz məhsullarının keyfiyyəti və etibarlılığı ilə daim seçilir. Eyni zamanda OEM təchizatçısı olan Airtex bu yolda sözün əsl mənasında olduqca böyük bir məsafə qət etmişdir.

Airtex onilliklər boyu ASC, Ford, General Motors, Chrysler, Saab, Cummins, Deutz, Perkins, John Deere, Yamaha, VW, Opel, PSA və Renault kimi dünyanın bir sıra güclü və iri avtomobil istehsalçılarına etibarlı bir OEM təchizatçısı olmuşdur. Bu təcrübədən istifadə edərək satış sonrası müştərilərinə dünyanın hər yerində minik avtomobilləri, ticarət və ağır yük maşınları üçün yüksək keyfiyyətli məhsullar təqdim edən Airtex şirkətinin Azərbaycandaki rəsmi tərəfdaşı Active Group şirkətidir.

Üstün keyfiyyət, etibarlılıq, orijinallıq və zəmanət prinsipləri ilə çalışan Active Group uzun illərdir Airtex şirkəti ilə əməkdaşlıq edir. Daim avtomobil ehtiyat hissələri bazarında liderlər arasında olan Airtex məhsullarını Azərbaycan alıcısı Active Group güvəncəsi ilə əldə edəbilər.