Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

FTE

FTE Valeo – Das Original / Bakı, Azərbaycanda rəsmi distribütor

Valeo hekayəsi 1923-cü ildə Fransa, Parisdən kənarda, Saint-Ouen’deki bir atelyedə başladı. 90 ildən sonra, indi 33 ölkədə fəaliyyət göstərən və dünya miqyasında avtomobil istehsalçıları ilə tərəfdaş olan dünyanın lider tədarükçüləri sırasındaki Valeo şirkətinin tarixi Ferodo əyləc astarları üçün Fransa nümayəndəsi Eugène Buissonun, Saint-Ouen-də lisenziyaya əsasən öz sürtünmə materiallarını istehsal etmək üçün qurduğu atelye ilə bağlıdır.

1980-ci ildə  yeni bir ad və birləşmiş marka olan  Valeo brendinin əsası qoyuldu. Brendlərini və insan resurslarını birləşdirmək üçün Eugène Buissonun şirkətləri, 28 May 1980-ci il tarixli İllik Səhmdarların Yığıncağında Valeo (Latınca “Mən yaxşıyam”) adı altında birləşdiyini elan etdi. Ardıcıl olaraq eyni ildə ABŞ və Meksikadakı zavodlarla istehsalını artıran qrupun hazırda İspaniya, İtaliya, Almaniya, Braziliya, Türkiyə və Yaponiya kimi dünyanın bir çox ölkələrində istehsal bazaları var.

2005-ci ildə Valeo, Johnson Controls-un mühərrik elektronikası şöbəsini satın aldı və bu yenilik şirkətin daha təmiz, daha səmərəli və daha qənaətli nəqliyyat vasitələri üçün güc aqreqatı səmərəliliyi əməliyyatlarını gücləndirməsinə imkan verdi. 2014-cü ildən bəri qrup, tam bir texnoloji innovasiyalar şirkəti olaraq yeni kimliyini tanıtdı və CAC40 mavi çip indeksinə qatıldı. Yeni statusunun tanınması üçün Thomson Reuters’in Top Global Innovator 2015 siyahısına daxil edildi. Hazırda Valeo, elektrik sistemlərində dünyadakı bütün nəqliyyat vasitələrinin üçdə birini təmin edən bir dünya lideridir.

FTE şirkəti, 2017-ci ilin noyabr ayında 100-ə yaxın yaşı olan yüksək texnologiya, keyfiyyət və etibarlılıq nümunəsi oan Valeo Qrupunun bir hissəsinə çevrildi. Artıq bu tarixdən etibarən şirkətin bütün məhsulları “FTE a Valeo markası” adı altında satışa çıxarılır.

FTE yalnız beynəlxalq avtomobil sənayesinin lider inkişaf tərəfdaşı və OE tədarükçüsü deyil, eyni zamanda üstünlük verilən satış ortağıdır. Orijinal avadanlıq istehsalında qazandığı təcrübəni Aftermarket ehtiyat hissələri proqramına tətbiq edən FTE şirkəti mufta və əyləc hissələrindən tutmuş minik avtomobilləri və ticari nəqliyyat vasitələri üçün əyləc mayelərinə qədər 117 ölkədə distribyutorlara və müstəqil qarajlara geniş məhsul çeşidi təqdim edir. FTE şirkəti birinci dərəcəli məhsul keyfiyyətinə və müştəri xidmətinə zımanət verir. Orijinal ehtiyat hissələri və premium xidməti ilə lider istehsalçılar sırasında yer tutan FTE şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.