Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Wynns

Wynns / Bakı, Azərbaycanda rəsmi distribütor

1939-cu ildə yağlama kimyası ilə maraqlanan 70 yaşlı təqaüdçü vəkil Chestien Wynn, “Wynn’s Friction Proofing Oil ” adlı bir formul kəşf etdi. Metal üçün müalicəvi effektə sahib olan bu maye əslində metalın kimyasını dəyişdirdi. Daha yumşaq, sürtünməyə və aşınmaya qarşı dayanıqlılığı artıran bu kəşflə əslində şirkətin təməli qoyulmuş oldu.

Chestien Wynn kəşfini ev şəraitində qeyri professional formada ilkin olaraq şüşə qablara doldurub etiketləyir və yerli xidmət stansiyalarına, eləcə də qarajlara satırdı. Belə ki məhsulları bir dəfə istifadə edən motoristlər yenə eyni məhsuldan istədiklərini qeyd edirdilər.

Nəhayət 28 May 1947-ci ildə rəsmi formada və tam mütəşəkkil olaraq şirkət, Kaliforniya, San Gabriel, 1222 Duarte Road ünvanında Wynn Oil Company adı altında birləşdirildi. Gündə orta hesabla 40 məhsul istehsal etmə qabiliyyəti ilə xırda bir müəssisə olan Wynn, artıq hətta yarış avtomobillərinin birinə də sponsorluq edirdi.

Luscombe Silvaire təyyarəsinin yağsız uçuş testi ilə öz kəşfini bütün dünyaya nümayiş etdirən Wynn təyyarənin yeddi dəqiqə yağsız uçuşu kimi rekord nəticə əldə etdi. (mühərrik və bütövlükdə hərəkət edən  metal hissələrin səthinə Wynn’s Friction Proofing tətbiq edilmişdi)

Yenə məhsulların 100.000 mil sınaq müddəti ərzində aşınma və yanacaq istehlakını azaltdığını nümayiş etdirmək üçün bir il davam edən Twin Car testləri aparıldı. Müstəqil məsləhətçilər, Wynn’s Friction Proofing məhsullarının % 10.1 daha yaxşı qaz və % 44.7 daha az rulman zədələnməsi və % 21.6 daha az başlanğıc sürtünməsindən məsul olduğunu göstərən testin dəqiqliyini təsdiqlədi. 1972-ci ildə Wynn-in məhsulları NASA tərəfindən həddindən artıq istidə və soyuqda kritik avadanlıqları qorumaq üçün Ay missiyalarında istifadə edildi.

1995-ci ildə Wynn Belçika ISO 9001 sertifikatını aldı. Nəticədə keyfiyyət sistemi standartlarına uyğunluq sertifikatının da sahibi olan şikət Avropa Amerika və Asiya istehsalı olan bütün avtomobil istehsalçılarının tövsiyyə etdiyi bir portfelə sahib oldu. Hər zaman liderlər sırasında öndə olan Wynn şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir