Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Delphi

Delphi / Bakı, Azərbaycanda rəsmi distribütor

Delphi Technologies PLC, nəqliyyat vasitələrinin hərəkət sistemlərinin dizaynını və istehsalını həyata keçirən Birləşmiş Krallıqda fəaliyyət göstərir. Şirkət məhsullarını orijinal avadanlıq istehsalçılarına (OEM) təmin edir. Şirkət portfelinə qaz və dizel yanacağı injeksiya sistemləri (FIS), aktuatorlar, sensorlar, elektron idarəetmə modulları və güc elektronikası texnologiyaları daxildir. Şirkət iki hissədə fəaliyyət göstərir: Powertrain Systems və Delphi Technologies Aftermarket. Powertrain Systems seqmenti yanacaq tədarük modulları, alışdırma babinləri, bidonlar, sensorlar, klapanlar və aktuatorlar da daxil olmaqla digər güc ötürücü məhsullar təmin edir. Delphi Technologies Aftermarket seqmenti isə satış sonrası məhsullarının, avtomobil ehtiyat hissələrinin istehsalı ilə məşğuldur. Yanacaq injeksiyası, elektronika və mühərrik idarəetməsi, texniki xidmət və test avadanlığı, nəqliyyat vasitələrinin diaqnostikası kateqoriyalarını əhatə edən bir sıra satış sonrası məhsul və xidmətlər təqdim edən Delphi dünya liderləri arasındadır.

OE mühəndisliyi ilə hazırlanmış və uzun məsafədə performans göstərmək üçün sınaqdan keçirilmiş ehtiyat hissələri təminatçısı olan Delphi etibarlılıq və keyfiyyət nümunəsidir.

Delphi Technologies PLC şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir. Hər zaman Azərbaycan avtomobil ehtiyat hissələri bazarının original məhsul tədarükçüsü olan Active Group-un Delphi ilə illərdir davam edən əməkdaşlığı ərzində hər zaman müştərilərdən gələn geri dönüşlərin müsbət olması da məhz brendin məhsullarının Azərbaycan alıcısı tərəfindən də öz təstiqini tapdığını göstərir.