Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

Tomex

Tomex / Bakı, Azərbaycanda rəsmi distribütor

Əsası 1978-ci ildə qoyulan Tomex şirkəti 1993-cü ildən artıq tədqiqat şöbəsini quraraq yeni laboratoriyasını açdı. 1994-cü ildə ilk sürtünmə əmsalı kiçik materialın tətbiqi ilə artıq əyləc sistemindəki innovasiyası ilə seçilən brend məhsulları bazarda öz yerini tutmağa başladı. Polşada ilk ISO 9002 sertifikatını alan şirkət olaraq tarixə düşən brend əslində ölkədəki lider yerini beləcə 1998-ci ildən formalaşdırmış oldu. 2002-ci ildə artıq Avropa təsdiqinin (ECE R-90) alınması ilə birlikdə qısa Avropa avtomobil ehtiyat hissələri bazarında ön sıralara yüksəldi.

2005-ci ildən etibarən PN-EN ISO 14001 sertifikatının da alınması ilə artıq yük avtomobilləri üçün də əyləc sistemləri istehsalına başlayan Tomex şirkəti eyni zamanda həmin ildən Brexel markasına da artıq bazara təqdim etdi. Şirkət məhsulları istehsalının bütün mərhələlərində davamlı yoxlamalara və keyfiyyət sınaqlarına məruz qalır: istehsal üçün istifadə olunan xammal və materialların alınmasından başlayaraq hazır məhsulların qarışdırılması, preslənməsi və emalı prosseslərini xüsusi diqqətlə izləyən mütəxəssislər TOMEX şirkətinin əsas sərmayəsidir. İstehsal prossesi üçün lazımi bütün sertifikat və təsdiqlərə malik şirkət yüksək keyfiyyətlilik, etibarlılıq və zəmanət əsaslı bir istehsala sahibdir. 2016-ci ildə TRIBO sistemində rəngləmə xətti və 2017-ci ildə isə əyləc bəndlərinin istehsalı üçün ikinci tam avtomatik xəttin fəaliyyətə başlaması ilə böyük bir istehsal gücünə çatdı.

Bütün Avropada və dünyada avtomobil ehtiyat hissələri bazarların lider tədarükçülərindən olan Tomex şirkətinin və Brexel brendinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir