Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

ŞE-M

ŞE-M / Bakı, Azərbaycanda rəsmi distribütor

ŞE-M LASTIK A.S. 1972-ci ildə Türkiyənin Bursa şəhərində quruldu. ŞE-M LASTIK A.S. Kiçik bir atelye olaraq fəaliyyətə başladıqdan sonra qısa müddət ərzində avtomobil ehtiyat hissələri bazarında möhkəm bir yer təmin etməyi bacardı. Şirkət 1980-ci illərdə böyük bir sürət qazanan avtomobil sənayesinə paralel olaraq inkişaf etmiş və bu sektorda fəaliyyət göstərən əsas montaj sənayesi şirkətlərinin diqqətini çəkmişdir.

ŞE-M şirkəti İstehsal sənayesindəki daim artan qlobal rəqabəti nəzərə alaraq, məhsuldarlığı artırmaq və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün investisiyalara xüsusi əhəmiyyət verir. Bu məqsədlə, personalı universal keyfiyyətlərə uyğun tədqiqat və inkişafa istiqamətləndirəcək şəkildə qurulmuş şirkət müasir aparat və avadanlıqlarla təchiz edilmiş istehsal müəssisələrinə sahibdir. ŞE-M İngilis Sertifikatlaşdırma Təşkilatı, URS Birləşmiş Qeydiyyat Sistemləri Şirkəti tərəfindən ISO / TS 16949 və ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi Sertifikatı ilə təsdiq edilmişdir.

Bu gün ŞE-M şirkəti imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmiş və rezin metal tərkibli antivibrasiya bağlantısı və montaj elementlərinin istehsal olunduğu 15000 m2 qapalı sahəsi olan 26000 m2 müasir zavod sahəsindəki fəaliyyətini davam etdirir.

ŞE-M Lastik A.S. müştəriləri ilə olan münasibətlərini çalışqanlıq və səmimiyyətilə idarə edir, prosesləri yaxşılaşdırmaq və rəqabətçi mövqeyini qorumaq üçün resurslardan səmərəli istifadəyə böyük əhəmiyyət verir.

ŞE-M Lastik şirkətinin əsas prioriteti yüksək səviyyəli məhsullar istehsal edərək müştəri məmnuniyyətini üst səviyyədə tutmaqdır. Keyfiyyətindən itirmədən səmimi xidmət yanaşması ilə hərəkət etməyi hədəfləyən və mövcud mövqeyindən məmnun qalmayan şirkət bu yolda möhkəm addımlarla yeni metodlar və həll yolları inkişaf etdirir. ŞE-M Lastik şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir.