Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

KYB

KYB / Bakı, Azərbaycanda rəsmi distribütor

11 Noyabr 1919-cu ildə Siro Kayaba hidrodinamikada araşdırmalara həsr olunmuş bir araşdırma mərkəzi qurdu. 1927-ci ildə Kayaba Seisakusho, aviasiya sənayesi üçün hidravlik amortizatorlar, katapultlar və digər komponentlərin istehsalına başlasa da  Kayaba Manufacturing Co., Ltd. şirkəti rəsmi olaraq 10 Mart 1935-ci ildə quruldu. 180 işçi sayı ilə dövrün iri həcmli şirkətləri arasında yer alan şirkət eyni il ilk amortizatorun prototipini də hazırladı.

1943-cü ildə Gifu şəhərində bir zavod tikdikdən sonra müharibənin bitməsi ilə birlikdə sürətli inkişaf perioduna start verən KYB şirkəti 1946-cı ildəki 20 prototip amortizator üçün aldığı sifarişlə birlikdə dünya amortizator istehsalında yeni bir dövrün, məhz KYB dövrünün başlanğıcına imza atdı. 1947-ci ildən etibarən isə artıq amortizatorların kütləvi istehsalına start verildi.

1956-cı ildə servis sahəsinə də istiqamətlənən şirkət artıq avtomobillər və motosikllər üçün tuning, idman amortizatorlar hazırlayır və istehsal edirdi. 1968-ci ildə sahəsi 163.5 min kv. m. və 1700 nəfər işçi sayı ilə başlayan KYB-nın yeni zavodu rekord istehsal gücünə çatdı. Bu gün – bu müəssisənin 35 istehsal xətti ildə 40 milyondan çox amortizator istehsalını təmin edir. Rusiyaya tədarük olunan amortizatorların 70% -i Gifu zavodunda istehsal olunur.

1974-cü ilin iyul ayında ABŞ-da KAYABA şöbəsinin açılması ilə artıq Amerika bazarında da özünə yer tapan şirkət hazırda dünyanın hər qitəsində və ölkəsində məhsullarının satışını reallaşdırır. Amortizatorlardan başqa EPS sistemləri, ECU, GPS avadanlığı kimi bir sıra digər elektron avadanlıq və komponentlər istehsal edən KYB Toyota, Nissan, Citroen, Peugeot kimi bir çox avtomobil konveyerlərinin də tədarükçüləri sırasındadır. Almaniyada Avropa mərkəz ofisi, Çexiya və İspaniyada fəaliyyət göstərən ii zavodları ilə dünyanın mərkəzi bazarlarından olan Avropa bazarında da liderlər sırasına yüksələn KYB şirkətinin Azərbaycandakı rəsmi distribyutoru Active Group şirkətidir. Əsl yapon keyfiyyətini ideal qiymətə təklif edən Active Group hər zaman olduğu kimi keyfiyyət üçün əzmlə şüarından uzaqlaşmır və orijinal ehtiyat hissələrini Azərbaycan istehlakçılarına təqdim edir.