Avtomobilinizi istirahətə getməzdən əvvəl müayinə etmək üçün 10 tövsiyə
Gərgin iş və məktəb tempinin ardından növbə nəhayət tətilə və xoş bir istirahətə gəlib çatır.
Və haqlı olaraq yaxşı bir tətil arzusundasınız.
Tətil unutmayaq ki, planlaşdırdığınız anda başlayır və səyahətə başladığınız anda artıq tətilə start vermiş olursunuz! Buna görə də, tətilə maşınla getməyi planlaşdırırsınızsa, lazımi hazırlıqların tətilinizin keyfiyyətini müəyyənləşdirə biləcəyini unutmamalısınız. Elə isə sizə kömək edək … Təhlükəsiz səyahət üçün avtomobilinizlə tətilə getməzdən əvvəl araşdırmalı olduğunuz şeyləri sizing üçün sıraladıq.
- Amortizatorlar, Təkərlər və Əyləc Sistemi
Hər üç hissə də avtomobilin təhlükəsizliyini təmin etmək üçün vacibdir. Bu səbəbdən tətilə avtomobilinizlə getmək istəyirsinizsə, bu hissələri keyfiyyətli və mütəxəssislərin çalışdığı bir servisdə yoxlatmamış yola çıxmamalısınız.
- Akkumlyator
Akkumlyatorun istənilən keyfiyyətdə olduğunu və ən əsası uzun səyahətə getməzdən əvvəl onun möhkəmliyini yoxlamaq avtomobil ilə səyahət edərkən xoşagəlməz sürprizlərin qarşısını alacaq.
- Hərəkət fənərlər, işıqlandırma sistemi
Fənərləriniz problemlidirsə, təhlükəli bir səyahət edərsiniz. Bu səbəblə yola çıxmazdan əvvəl avtomobilinizin faralarını da yoxlamalısınız. Lazım gələrsə, fənər linzalarını da təmizlətdirməlisiniz.
- Baxım qaydaları
Mühərrik yağı, radiatorunuz və antfriz səviyyəsi və ya şüşəsilənlərin suyunun səviyyəsini yoxlamaq kimi müəyyən məqamlara diqqət çox vacibdir. Uzun bir yola çıxmazdan əvvəl bu və bənzər baxım qaydalarını yerinə yetirməyə laqeyd yanaşmamalısınız.
- Havalandırma sistemi
İstər yayda, istərsə qışda avtomobilinizlə tətilə çıxarsınızsa, avtomobilinizin havalandırma sistemi ilə rahat bir səyahətə ehtiyacınız olacaq. Bu səbəbdən uzun səyahətlərdən əvvəl mütləq kondisionerinizi yoxlamalısınız.
- Avtomobildə daim lazım olabiləcək alətlər və avadanlıqlar
Alətlər dəsti, ilk yardım dəsti və ehtiyat təkər … Fövqəladə hallarda təhlükəsizliyinizi təmin edə biləcək və ya çətin vəziyyətdə köməyinizə çatacaq alət və avadanlıqların avtomobilinizdə olması vacibdir.
- Baqaj üçün əlavə yer
Tətil çantaları avtomobilin baqajının həcmini aşırsa; dama quraşdırılan əlavə baqaj setindən, qutudan və ya dam relslərindən istifadə edəbilərsiniz. Bunun üçün əvvəlcədən özünüzlə nə aparacağınızı müəyyənləşdirmək və buna görə tənzimləmələr etmək faydalıdır.
- Əsas sənədlər
Sürücülük vəsiqəniz, nəqliyyat vasitəsinə baxış sertifikatınız, vəsiqəniz … Əlbətdə ki, hər dəfə yola çıxarkən bu sənədləri özünüzlə götürməlisiniz. Bundan əlavə, nəqliyyat vasitəsinin müayinə müddəti gəlmişdirsə, avtomobilinizi texniki baxışdan keçirmədən qısa səyahətlərə çıxmağınızı məsləhət görmürük.
- Tövsiyə olunan sənədlər
Bu gün avtomobilinizdə İcbari Sığortası olduğunu göstərən sənədi daşımaq məcburiyyət deyil. Ancaq yenə də sənədi yol polis işçilərinin işini asanlaşdırmaq üçün bu sənədi özünüzlə götürə bilərsiniz. Xaricə gedirsinizsə, “Yaşıl Kart Sığortası” sənədinizi də özünüzlə götürməyi unutmayın.
- Avtomobilin təmizlənməsi
Avtomobilin tətilə hazırlanması üçün xarici təmizlik, xüsusən də şüşə silənlərin, pəncərələrin və faraların təmizlənməsi görmə qabiliyyətinin yaxşılaşdırılmasına kömək edir. Avtomobilinizin salonunu təmizləmək isə əlbətdə rahat bir səyahət üçün bir şərtdir!
Bütün bu nüansları tətbiq etməklə xoş, rahat və gözəl bir tətil səyahətinə çıxa bilərsiniz.
Active Group ailəsi olaraq hər birinizə xoş istirahətlər arzulayırıq!