Qiş sürüşü üçün 10 tövsiyyə
İdarəetmə zamanı yol hərəkəti qaydalarına riayət etmək və qarşılaşa biləcəyiniz təhlükələrə qarşı diqqətli olmaq həmişə vacibdir, çətin hava şəraitində isə bu daha da önəmini artırır və daha diqqətli olmalısınız! Qar, buz və yağış kimi hava şəraitinin kəskin olduğu qışda avtomobil idarə etmək üçün hansı tövsiyələr var? Qışda avtomobil idarə edərkən diqqət yetirməli olduğunuz 10 məqamı sizlər üçün hazırladıq.
- Qışa hazırlıq
Mühərrik, təkərlər, şüşə silənlər… Avtomobilinizin bir çox hissəsi təhlükəsiz bir sürüş üçün vacibdir. Yaxşı, nəqliyyat vasitəniz qışa hazırdırmı? Bu suala cavab vermək üçün avtomobilinizi yoxlamalısınız! Avtomobiliniz üçün Qış Baxımı Bələdçisi məqaləmizi oxuya və təhlükəsiz bir sürüş üçün ətraflı diqqət yetirməli olduğunuz nöqtələrə çata bilərsiniz.
- İdeal istilik məsələsinə laqeyd yanaşmayın
Təhlükəsiz sürüş üçün sürücülərin interyerdəki rahatlığı olduqca vacibdir. Bu səbəbdən avtomobilinizin iç hissəsi çox isti və ya soyuq olmamalıdır. Oturacağınızın rahat olduğundan da əmin olmalısınız. Ehtiyacınız olarsa, bel yastığı kimi köməkçi məhsullardan istifadə edə bilərsiniz.
- İşıqlandırmanın işləkliyinə diqqət yetirin
Qışda gün işığı azalır və dumanlı hava şəraiti adi hal alır. Bütün bu amillər yol görünüşünə mənfi təsir göstərə bilər. Digər avtomobillərdəki sürücülərin sizi görməsini və sizin də yolu tam aydın görməyinizi təmin etmək üçün faralarınızı daim nəzarətdə saxlayın və düzgün işıqlandırmaya diqqət yetirin.
- Ön və arxa şüşələrinizi yoxlayın
Həddindən artıq soyuqluğun şüşəni qırmaması üçün, hər hansı bir pozulma və ya çatlaq olduğu təqdirdə şüşəni təmir etməyiniz və ya dəyişdirməyiniz çox vacibdir.
- İlk yardım dəstinizin tamlığından əmin olun
İlk yardım dəsti əlbəttə ki, həmişə vacibdir. Bununla birlikdə, qış aylarında hava şəraiti ilə əlaqədar qəza nisbətində bir artım ola biləcəyini nəzərə almalı və ilk yardım çantanızdakı çatışmazlıqları aradan qaldırmalısınız.
- Alternativ yollardan istifadə edin
Qışda sürücülük fəndləri arasında yol vəziyyətini izləmək və üstünlük verdiyiniz marşrutun alternativi olaraq bir marşrut təyin etməkdir. Qəza və ya hava şəraiti səbəbi ilə yol bağlandıqda alternativ bir yol seçib daha rahat hərəkəti təmin edə bilərsiniz.
- Müayinə və avtomobil Sığortası
Qışda avtomobil sığortası ən çox tələb olunan xidmətlərindən biridir. İcbari sığortanızı daim yeniləyin, müddətinin keçib keçməməsinə nəzarət edin ki heç vaxt qəzalar zamanı eyni anda həm mənəvi və həm də maddi zərər çəkməyəsiniz.
- Sürətin qurbanına çevrilməyin
Qışa xas meteoroloji hadisələr; buzlanma, külək, qar və yağışdan çəkinmək, yavaş sürmək və sərt sükan reaksiyalarından yayınmaq təhlükəsizliyiniz üçün ən vacib məqamlardır.
- Daha böyük dişlilər seçin
Qar şəraitində və buzlanma zamanı təkərlər bəzən nə qədər yaxşı və keyfiyyətli olursa olsun sizə kömək edə bilmir və sürüşmələr baş verir. Bunun qarşısını almaq üçün daim avtomobilinizdə iri dişli zəncir vəya qalın ip daşıyın.
- Əyləcdən çox istifadə etməkdən çəkinin
Avtomobilin buz, qar, yağış və ya küləkli yollarda ani manevr qabiliyyəti təbii ki azalır. Əyləcdən istifadə limitiniz də bu prosseslərə parallel olaraq düşür.Avtomobilin bu şəraitdə sürətinin yavaşladılması və dayandırılması üçün sürəti aramla azaltmaq və dayanana qədər yavaşlatmaq ən rahat və məsləhət görülən üsuldur.