Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

  • Əsas
  • Bloq
  • Niyə mühərrikin gücü at gücü ilə ölçülür ?

Niyə mühərrikin gücü at gücü ilə ölçülür ?

Mif və əfsanələr.

Əvvəllərdən maşınlar tərəfindən yaradılan güc, dünyanın elm adamları və mühəndislər tərəfindən ağır yük çəkən mal-qaranın imkanları ilə müqayisə edilmişdir. “At gücü” terminini populyarlaşdıran ilk şəxs Şotlandiya ixtiraçısı James Watt sayılır. 1882-ci ildən bu günə qədər mühərriklərin bu xüsusiyyəti rəsmi olaraq belə qeyd olunur. Uatt at gücü ilə müqayisəni aydınlıq üçün icad olunmuş buxar mühərriklərinin imkanlarını nümayiş etdirirdi. Göstərirdi ki, bu qədər heyvan bir mexanizmi əvəz edə bilər.

Hətta bir əfsanə də var. Hansısa ilk buxar maşınlarından birini su nasosunu hərəkət etdirən at yerinə istifadə etmək üçün bir pivəçi alır. Deyirlər ki, iş adamı mübahisə etmək istəyərək müqayisə üçün ən güclü atı seçir və atı imkanların son həddində işləməyə məcbur edir. Ancaq Uattın  buxar maşınının yenə də daha səmərəli olduğu ortaya çıxır. Bununla müəyyən bir standart vahid seçilir və nəticədə bir at gücü qəbul edilir. Əslində isə bir atın əsl gücü normal şəkildə demək olar ki, bir yarım dəfə həmən mexanizmdən aşağı idi.

Faktlar və variasiyalar.

O zaman Böyük Britaniyada atlar kömür mədənlərində olan insanları yuxarı qaldırmaq və mədən işləri üçün fəal istifadə olunurdu. Bir cüt heyvan 141-dən 191 litrə qədər (təxminən 1 barel və ya 172,4 kq) olan 2 dəniz mili (3,6 km/saat) olan kanat blok vasitəsilə yükü yuxarı çəkirdi. Uatt bu məlumatlara əsaslanaraq at gücünün dəyərini hesablamışdı.

Dünyada at gücü üçün  tək bir təyinat yoxdur. Müxtəlif dillərdə bu termin fərqlidir. Rus dilində – ЛС (лошадиная силa), İngilis dilində – HP (horsepower), Alman dilində PS (pferdestärke), Fransız dilində CH ya CV(cheval-vapeur), Danimarka və Norveçdə PK (Paardenkracht), İtalyan dilində CV (Cavallo Vapordan), Danimarka və Norveçdə PK (Paardenkracht), İsveçdə HK (hästkraft), Çexiyada KS (Konská Sila), HV (Hevosvoima) İsveç dilində – HK (Hästkraftdan), Finlandiyada -HV (Hevosvoima).

At qüvvəsini eyniləşdirmək məhz bu mənaya qəbul edilmişdir. O, həmçinin bəzən metrik adlanır, baxmayaraq ki, vahidlərin metrik sisteminə daxil edilmir.

Cavid Allahverdiyev. Active Group.

Kondisionerlərə necə qulluq etməli

Hər hansı digər mexanizm kimi kondisionerin də müasir profilaktik tədbirlərə, bəzən isə təmirə ehtiyacı olur. Freonun tipi Kondisionerin doldurulması üçün iki tip freon mövcuddur: mineral

Niyə mühərrikin gücü at gücü ilə ölçülür ?

Mif və əfsanələr. Əvvəllərdən maşınlar tərəfindən yaradılan güc, dünyanın elm adamları və mühəndislər tərəfindən ağır yük çəkən mal-qaranın imkanları ilə müqayisə edilmişdir. “At gücü” terminini