Active Group” şirkəti, dünya avtomobil ehtiyat hissəsi, mühərrik yağları, akkumlyator, test və diaqnostika avadanlıqları, eləcə də qatqı istehsalı bazarında lider olan brendlərin Azərbaycandakı ən böyük distribyutorlarından biridir.

  • Əsas
  • Bloq
  • Hərəkət edərkən avtomobilin titrəməsinin səbəbləri

Hərəkət edərkən avtomobilin titrəməsinin səbəbləri

Hərəkət sürətindən asılı olmayaraq titrəmə – hər bir təcrübəli sürücünün narahatlığının səbəbidir. Axı  o, titrəmənin aşınmaya və ya hətta hər hansı bir detalın xarab olmasınına dəlalət etdiyini bilir. Bu halda  , titrəmə səbəbinin  resursunu bitirmiş təkərlər,aşınmış rulmanlar və ya sadəcə şinlərə yapışmış qar , buz olmasının  fərqi yoxdur  – nəticə gec-tez fövqəladə hal ola bilər.

 

Səbəblərini dərhal tanımaq mümkün olmadığından , sürətdə titrəmələr yalnız bir nəqliyyat vasitəsi ilə əlaqəli bir qəzaya səbəb olsa hələ yaxşıdır … Buna görə, problemə dərhal diaqnoz qoyulmalı və mümkün qədər tez həll edilməlidir . Demək lazımdır ki, titrəmənin  mənbələri təkcə stenddə deyil, həm də yolda avtomobilin davranışında da müəyyən edilə bilər.

Sürətdən asılı olaraq titrəmənin səbəbləri

Mütəxəssislər sürücü tərəfindən seçilmiş sürət rejimindən asılı olaraq özünü göstərən nasazlıqların dərəcələnməsini tətbiq ediblər.

 Ən asan surətdə 40 km/s-ə qədər sürətdə avtomobilin titrəməsinin səbəblərini tapmaq olar. Əgər döngədə sürücü xoşagəlməz, salonda eşidilən səs eşidirsə, ehtimal ki, bu nasaz ŞRUS dur.

Ümumiyyətlə, sükan idarəetməsinin reykası kimi bir hissə də təxminən eyni səslər edə bilər. Əgər transmissiya dəyişdikdə titrəmə başlayırsa, bu, transmissiyanın nasazlığının aydın əlamətidir. Mexaniki transmissiyada, həmçinin, sıxıcı yatağın və friksiya mexanizminin aşınması da titrəməyə səbəb ola bilər.

Bundan əlavə, sürət artdıqca mütəxəssislər aşağıdakı problemləri qeyd edirlər.

40-60 km/saat

Burada artıq kardan mexanizmi, ilk növbədə asqı yataqları və krestovinlər ilə bağlı problemlər ola bilər. Eyni sürətdə, vibrasiyaya səbəb eqzoz sistemidə bütövlüyün pozulması və ya etibarsız bərkitmə ola bilər.. Əgər titrəmə yalnız gövdəyə deyil, həm də sükan çarxına ötürülərsə, onlar, ehtimal ki, təkərlərin balanssızlaşmasından  xəbər verir.

60-80 km/s

Belə sürətdə hərəkət zamanı avtomobilin titrəməsi əyləc sistemi ilə bağlı məsələlərin yarandığını göstərə bilər. Xarakterik səs bunu göstərir. Mühərrik – nazimçarx, qasnaklar, ventilyator və s. fırlanan elementlərin disbalansiyası da xoşagəlməz effektə gətirib çıxara bilər. Potensial problemlər siyahısında, həmçinin, müxtəlif təkərlərdə protektorunun müxtəlif intensivlik dərəcəsi ilə köhnəldiyi şinlər də yer alır. Nəhayət, avtomatik transmissiya yağının çatışmamazlığı da , yanacaq filtrinin elementar şəkildə zibillənməsi də titrəmələrə səbəb olur.

80-100 km/saat

Belə sürətlə sürərkən titrəmə proseslərinə asqının detalları öz töhfəsini verməyə başlayır. Özü də problemin yaranması üçün kifayət qədər cüzi aşınma kifayətdir.

 

Qeyd etmək lazımdır ki, bu siyahıda hərəkət zamanı avtomobilin titrəməsinin ən çox ehtimal olunan səbəbləri göstərilir. Ancaq başqaları da var. Məsələn, təkər təzyiqinin fərqi, yüngül əyilmiş disk və s.

Və tamamilə başqa bir məsələ – şəhərətrafı yollarda bir çox sürücülərin tətbiq etdiyi kreyser sürətində 100-120 km-də sürmə. Burada titrəmələr üçün potensial səbəblər daha çoxdur və onlar daha tez-tez ortaya çıxır. Ona görə də belə sürət rejimini bir çox mütəxəssislər ayrı bir kateqoriyaya ayırır.

100-120 km/saat və daha yüksək sürətdə vibrasiya- artiq zarafat deyil…

Bu sürət diapazonunda sürərkən “titrəyiş,”, ilk növbədə, istifadədə olunmuş avtomobillər üçün xarakterikdir. Çünki, bu modellərin istismarı zamanı onların yalnız xarici görünüşü pozulmur, həm də qaynaqla aradan qaldırılmalı olan çatlar və deşiklər səbəbindən texniki potensial pisləşir. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, avtomobilin 100-120 km sürətdə titrəməsi daha çox, boltların və digər bərkidici elementlərin öz-özünə burulmasına gətirib çıxara bilər. Nəticədə qəza riski dəfələrlə artır və texniki servisi və ya tibbi yardımı kifayət qədər uzun zaman gözləmək lazım ola bilər ,bu da  şəhər xaricində xüsusilə təhlükəlidir.

 

Cavid Allahverdiyev . Bosch Car Service Active Group.

Kondisionerlərə necə qulluq etməli

Hər hansı digər mexanizm kimi kondisionerin də müasir profilaktik tədbirlərə, bəzən isə təmirə ehtiyacı olur. Freonun tipi Kondisionerin doldurulması üçün iki tip freon mövcuddur: mineral

Niyə mühərrikin gücü at gücü ilə ölçülür ?

Mif və əfsanələr. Əvvəllərdən maşınlar tərəfindən yaradılan güc, dünyanın elm adamları və mühəndislər tərəfindən ağır yük çəkən mal-qaranın imkanları ilə müqayisə edilmişdir. “At gücü” terminini