ACTIVE GROUP Company

Tomex aksiya kohne 534x172.jpg

 

  • Şirkətin tarixi


    2005-ci ildən “AKTİV QRUP” şirkəti minik və yük avtomobilləri üçün ehtiyat hissələri, mühərrik və sürtkü yağları, akkumulyatorlar, test və diaqnostik avadanlıqları, avtokosmetika və qatqı maddələrinin topdan satışını təşkil etməklə məşğuldur. Bu sahədə Azərbaycan bazarında lider şirkətlərdən biri olmaqla bərabər özünün texniki-tədris mərkəzi ilə müştərilərinə yüksək səviyyədə xidmət göstərir.

  • Missiyamız

    Əsas missiyamız dünyanın qabaqcıl istehsalçılarının (BOSCH, TOTAL, DELPHI, KYB, SWAG, SHAEFFLER GROUP, DAYCO, DENSO, ZF və başqa 30 şirkət) məhsullarını müştərilərimizə qısa müddətdə çatdırmaqdır. Məhsul çeşidlərimizin sayını mütəmadi olaraq artırmaqda məqsədimiz müştərilərimizin təlabatlarını bir yerdən təmin etməkdir.Biz daim inkişaf edir və müştərilərimizlə iş üsullarını təkmilləşdiririk. Artıq yaradılmış bu günki şəraitdə hər bir müştəri böyük məmnuniyyət və zövqlə bizimlə əməkdaşlıq edir.

  • Seminar və Təlim


    Şirkətimiz və təchizatçılarımızın təşviqi ilə müştərilərimizə dünyanın bir çox ölkələrindən dəvət olumuş ixtisaslı mütəxəssislərlə seminarlar keçirilir. Seminarlarda mütəxəssislərin effektiv və yeniliklərlə dolu məlumatları avtomobil ehtiyyat hissələri bazarındakı təcrübəli ustalarda belə heyrət və maraq bəxş edir.

    Seminarlarımızın əhatəsini genişləndirərək 2014-cü ildən Gəncə şəhərində və eləcə də regionlarda seminar və təlimlər təşkil etməyə başladıq. Təlimlərin sonunda dəvətlilərə xüsusi sertifikatlar və hədiyyələr təltif edilir.

  • Aksiyalar

    Şirkətimiz mütəmadi olaraq TOTAL, BOSCH , SWAG, DAYCO kimi böyük brendlərin məhsullarında aksiyalar keçirərək müştərilərimizlə əməkdaşlıqlarını genişləndirməkdə və həvəsləndirməkdədir.Müştərilərimizlə birlikdə iştirak etdiyimiz xarici dəvətlər bunlara nümunədir.Belə ki Total şirkəti ilə 10-cu və Bosch şirkəti ilə 9-cu ilimizi xüsusi qeyd etdik. Eləcə də partnyorlarımızdan Bosch və Dayco şirkətləri müştərilərimizlə bərabər 2016-cı ildə bizi baş ofisləri və zavodlarına uyğun olaraq Almaniya və İtaliya ölkələrinə dəvət etmişlərdir


  • Nexus Automotive İnternational

    “AKTİV QRUP” 2014-cü ildən mərkəzi Cenevrə şəhərində yerləşən dünya avtomobil ehtiyat hissələri bazarında lider olan ditribyutor şirkətlərin beynəlxalq qrupu olan “Nexus Automotive İnternational”ın rəsmi üzvüdür. Nexus Automotive İnternational haqqında ətraflı məlumatı www.nexusautomotiveinternational.eu saytından əldə edə bilərsiniz.

www.activegroup.az